Milli profilaktik peyvənd təqvimi
Peyvənd və ya Vaksin (fr. Vacca) — orqanizmin xəstəliklərə qarşı immun müqavimətini qüvvətləndirən bioloji maddə.
Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. Vaksin həmçinin gen mühəndisliyi ilə də alına bilir. İmmun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır (humoral immunitet). Yaxud da hüceyrə immuniteti ilə, yəni T limfositlər vasitəsilə məhv edir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadı cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Əsas prinsipini müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir. Bu proses isə aktiv immunizasiya adlanır. Belə spesifik əks cisimlər hazır şəkildə heyvanlardan və ya donor insanlardan alınıb orqanizmə yeridilməsi passiv immunizasiyadır.